image-mehriban_aliyeva_herbcilerle_gorusdu_16backend

Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir.

image-reklam_sirab_01

Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Dinamik inkişaf tempinə malik olan Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə sosial siyasətin inkişaf dinamikasının yüksələn qrafikə malik olması təkzibolunmaz reallıqdır.

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.

Qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır və ardıcıl olaraq Fərman və sərəncamlar imzalanır. Fakt üçün deyə bilərik ki, 17 mart 2014-cü il “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncam, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman buna sübutdur. Belə ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün həcmi aprel ayının 1-dən I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib.

 

Prezident İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulanlara diqqət və qayğısının daha bir təzahürü olaraq 23 dekabr 2013-cü ildə və 30 aprel 2014-cü il tarixdə imzaladığı sərəncamlarla 2014-cü ilin əvvəlinədək növbədə olan şəxslərin hamısı avtomobillə təmin olunub. Ümumən indiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin təqribən 60 faizi məhz Qarabağ müharibəsi əlilləridir. Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib. Müharibə əlili və şəhid ailələrinə mənzillərin verilməsi istiqamətində ardıcıl iş aparılır.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır. “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb.

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.

 

Məmmədova Günel

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki