image-1backend

Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib

image-reklam_sirab_01

Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

Bu barədə Vətəninfo.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.
Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000–2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001–2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
M.Abbasbəyli 2019– 2020-ci illərdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki