image-1665150086196058482_1000x669backend

Naxçıvanda Peyğəmbərimizin mövludu qeyd edilib

image-reklam_sirab_01

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlib, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. İslam aləmində müqəddəs sayılan və hicri təqvimi ilə Rəbiül-əvvəl ayına təsadüf edən mövlud gecəsində müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc hakim kəsilir. Mövludun fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsın, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürsünlər. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır. Hər il olduğu kimi, bu il də muxtar respublikanın bütün məscidlərində müqəddəs mövlud dindarlarla birgə qeyd olunur.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanıb, şəhidlərimizə rəhmət dilənib.

Dindarlardan Əli Rəhimov və Ağalar Bayramov dini dəyərlərə verilən qiymətə, din xadimlərinə göstərilən qayğıya, eləcə də muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dindarlar və ictimaiyyət adından minnətdarlıq ediblər.

Ali Məclisin Sədri Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dindarları təbrik edib.

Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.

image-16651500866382137225_1000x669 image-1665150086196058482_1000x669


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki