image-nazir_41625491122backend

Nazir şəhid ailələri və qazilərlə bağlı sahibkarlara ÇAĞIRIŞ ETDİ

image-reklam_sirab_01

İqtisadiyyat naziri Mikayıl Cabbarov şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış edib.

Veteninfo.az xəbər verir ki, nazirin bununla bağlı “Twitter” paylaşımında deyilir:
“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadəti Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki