image-screenshot_20210727-172809_facebook2backend

Nərimanov rayon prokurorluğunda jurnalist Günel Gözəlovanın müraciəti ilə bağlı araşdırma aparılır

image-reklam_sirab_01

Veteninfo.az-ın Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, vətəndaş Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı izahatlar alınmış, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilmişdir.
Hazırda araşdırma davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki