image-4backend

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçılarının  ailələrini ziyarət ediblər

image-reklam_sirab_01

Azərbaycan xalqı Müzzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  44 gün davam edən Vətən Müharibəsində Müasir Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılan tarixi bir qələbə qazanaraq 30 il həsrətində olduğu doğma Qarabağ torpaqlarına qovuşdu. Vətən Torpaqlarının azadlığı uğrunda canlarından keçən Şəhidlər, qanlarının tökən qazilər Xalqımız və dövlətimizin qürur mənbəyinə çevrildilər. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müharibədən sonrakı dövürdə Azərbaycan Respublikasının Prezidenti,  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.

Bu siyasi xəttə uyğun olaraq Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin rəbərliyi  müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir. Nəsimi rayon İcra Hakmiyyəti bütün bayramların şəhid və qazi ailələri ilə birlikdə qeyd olunmasını adət-ənənə halına gətirmişdir.

Dünya müsəlmanlarının ən əziz bayramlarından olan Ramazan bayramının qeyd olunması münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və RİH nümayəndələri Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçılarının  ailələrini ziyarət ediblər. Eyni zamanda bütün bayramlaqda olduğu kimi bu bayramda da rayon ərazisində yaşayan 1000-dən artıq imtiyazlı və az təminatlı ailələrə bayram sovqatı təqdim olunub.

Şəhid və müharibə iştirakçılarının  ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki