image-1backend

Nəsrullah Beyrutun cənubunda dəfn olunacaq

image-reklam_sirab_01

“Seyyid Həsən Nəsrullahın cənazəsi Livandadır və şərait imkan verdikdə o, Beyrutun cənub ətraflarında dəfn olunacaq”, – “Hizbullah” siyasi şurasının sədr müavini Mahmud Qamati “Reuters” agentliyinə bildirib.

Vətəninfo.az xəbər verir ki, Həsən Nəsrullahın varisi ilə bağlı Qamati “Yeni baş katib seçilənə qədər “Hizbullah” şura tərəfindən idarə olunacaq. Yeni baş katibin seçilməsi çox vaxt aparan bir prosesdir” deyib.

Həsən Nəsrullah 1992-ci ildən 2024-cü ildə ölənə qədər (27 sentyabr 2024-cü il) “Hizbullah”ın baş katibi vəzifəsində çalışmış livanlı din xadimi və siyasətçi idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki