image-1backend

Netanyahu üçün “kabus ssenari”: İkinci cəbhə açıldı – Siyasi karyerasını xilas edə biləcək?

image-reklam_sirab_01

“İsrailin 11 sentyabrı” kimi tanınan hücumlardan 61 gün keçir. HƏMAS-la mübarizə aparan Netanyahuya qarşı daha bir cəbhə açılıb. İndi dünya Netanyahunun siyasi karyerasını xilas edə biləcəyini müzakirə edir.

Vətəninfo.az xəbər verir ki, “müharibə kabineti”nə rəhbərlik edən Netanyahu Qəzzada savaş davam edərkən daha bir cəbhə ilə mübarizə aparmalı olacaq. Baş nazirə qarşı uzun müddətdir davam edən korrupsiya ittihamları ilə bağlı dinləmələr bazar ertəsi bərpa edilib. Netanyahu dinləmələrdə iştirak etməyib, lakin çox güman ki, yazda müdafiə prosesində ifadə verməyə çağırılacaq.

Netanyahu 2019-cu ilin sonlarında rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olundu və bu, onu vəzifədə olarkən ittiham olunan ilk İsrail baş naziri etdi.

Netanyahu siyasi karyerası üçün mübarizə apararkən HƏMAS-ı da məğlub etməyə çalışır. Lakin Netanyahu hər iki cəbhədə məğlub ola bilər. Bu, Netanyahu üçün “kabus ssenarisi” adlandırılır. Məhkəmənin qərarı Netanyahunun siyasi taleyini müəyyən etmək potensialına malikdir.

Yalnız günahı sübuta yetirilərsə, Netanyahu vəzifəsindən uzaqlaşdırıla bilər. Netanyahunun qərardan apellyasiya şikayəti vermək hüququ olacaq və bu da işi ölkənin Ali Məhkəməsinə daşıyaraq həll prosesini daha da uzadacaq.

Netanyahunun üzündə qanlı əl izi olan plakatlar bütün Tel-Əvivdə asılıb. Bu afişa etirazların simvollarından birinə çevrilir və sorğular Netanyahunun səslərinin azaldığını göstərir.

Bir tərəfdən korrupsiya işi ilə üzləşən Netanyahu həm də partiya daxilindən və xaricdən gələn reaksiyaların öhdəsindən gəlməyə çalışır. Son olaraq hakim Likud partiyasının yüksək vəzifəli üzvü İqtisadiyyat naziri Nir Barkat, davam edən müharibədən sonra Netanyahunun 18 illik rəhbərliyinə etiraz edərək, partiyanın “dəyişikliyə ehtiyacı olduğunu” dedi. İsrailin Şin Bet təhlükəsizlik xidmətinin keçmiş rəisi bazar ertəsi baş nazir Netanyahunu dərhal istefaya çağırıb. Keçmiş Baş nazir Ehud Barak isə “Normal bir ölkədə Netanyahu oktyabrın 8-də istefa verərdi” deyərək onu günahlandırıb.

Netanyahu üçün ifrat sağçı müttəfiqlərin axtardığı maksimalist qələbəyə nail olmaq da çətin görünür.

Anket nəticələri, partiya daxilində və xaricində reaksiyalar, HƏMAS-ın məhv edilməsinin son dərəcə çətin bir məqsəd olması Netanyahu üçün vaxtın daraldığını göstərir. İki cəbhədə mübarizə aparan Netanyahunun yenidən “sehr” edib-etməyəcəyini zaman göstərəcək. Bununla belə, ümumi siyasi gözlənti ondan ibarətdir ki, Netanyahunun hakimiyyətdəki son günləri silahlar susduğu zaman başlayacaq və İsraildəki bütün digər siyasi aktyorlar bu fərziyyə əsasında hərəkət edəcəklər.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki