image-reklam-veteninfo
image-1backend

Netanyahunu Hitlerin taleyi gözləyir- Türkiyə Xarici İşlər Nazirliyi

image-reklam-veteninfo

İsrailin baş naziri Binyamin Netanyahu da nasist lideri Adolf Hitlerlə eyni aqibəti yaşaya bilər. Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial şəbəkədəki X səhifəsində (keçmiş Twitter) belə bir bəyanatla çıxış edib.

“Soyqırım Netanyahunun sonu soyqırımçı Hitlerin sonu ilə eyni olacaq” deyən o, bəşəriyyətin fələstinlilərin tərəfində olacağını vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə “insanlığın vicdanının səsinə” çevrilib.

Bundan əvvəl Ərdoğan Türkiyənin İsrailə qoşun göndərə biləcəyini açıqlamışdı . Onun sözlərinə görə, Türkiyə “belə addımlar” üçün güclü olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki