image-888backend

Nevşehirdə Türkiyə Mədəniyyət Yolu Festivalı keçirilir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyə Mədəniyyət Yolu festivallarının ilk dayanacağı Nevşehirdə keçirilən Kapadokya Balon və Kültür Yolu Festivalında jurnalistlərə açıqlamasında bildirib: “Mədəniyyət, incəsənət və sənət adamlarını festivallarla dəstəkləyir, eyni zamanda, Türkiyədə bu tədbirlərin keçirildiyi şəhərlərin tanınması və markalaşmasına səy göstəririk.

Bu yolculuğa 2020-ci ildə İstanbulda Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başladıq. İlbəil festival keçirdiyimiz şəhərlərin sayını artır. Bu il şəhərlərin sayını artırdıq və 11-ə çatdırdıq.

Kapadokya Balon Festivalını Ərzurum Palandöken, Trabzon, Sümela, Çanaqqala Troya, Başkent, Konya Mistik, İstanbul Beyoğlu Mədəniyyət Yolu, Diyarbakır Sur, İzmir Efes və son olaraq Antalya Mədəniyyət Yolu Festivalı izləyir. Mədəniyyət Yolu festivalları şəbəkəsinə Antep Qastro Festivalını da daxil etdik. Bu il 30 mindən çox sənətçimiz 11 rayondakı 11 festivalda milyonlarla sənətsevərlə bir araya gələcək.

Nevşehir Kapadokya Balon Festivalı avqustun 13-dək davam edəcək. Ümumiyyətlə idə Türkiyə Kültür Yolu Festivalları avqustun 5-dən noyabrın 12-dək sürəcək.

Hədəfimiz 2028-ci ilə qədər 35 şəhərdə mədəniyyət festivalları təşkil etməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki