image-661b6a1e-66b9-3788-978f-f942c50c25cf_850backend

Niderland vətəndaşlarına Ukraynaya səyahətə getməməyi tövsiyə edib

image-reklam_sirab_01

Niderland hakimiyyəti Ukraynaya səyahət tövsiyələri ilə bağlı qaydalara düzəliş edib və vətəndaşlarını bu ölkəyə gedişdən tamamilə imtina etməyə çağırıb.

Bu barədə müvafiq məlumat Niderlandın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Səyyahətçilər üçün tərtib olunan xəritədə bütün Ukrayna indi qırmızı rəngdədir. Bu o deməkdir ki, səfərlər heç bir halda tövsiyə edilmir. Əvvəllər ölkənin bəzi hissələri narıncı rəngə boyanırdı, yalnız çox zəruri hallarda səyahət etmək tövsiyə olunurdu.

“Bütün Ukraynada, o cümlədən Kiyevdə təhlükəsizlik vəziyyəti pisləşib”, – nazirlik bildirib: “Ölkəni mümkün qədər tez tərk edin. Yol tıxaclarını nəzərə alın. Vəziyyətinizdən və niyyətinizdən asılı olmayaraq Ukraynaya səfər etməyin”.

Nazirlik xəbərdarlıq edib ki, Ukraynaya getməyə qərar verənlər üçün problem yaransa, kömək göstərə bilməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki