image-ebafa2be-c2b2-31b9-b0c5-b9002da65bda_850backend

Nigeriyada qayığın aşması nəticəsində 76 nəfər ölüb

image-reklam_sirab_01

Nigeriyanın Anambra ştatında qayığın aşması nəticəsində 76 nəfər ölüb.

Bu barədə Nigeriya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Muhammadu Buhari bazar günü Anambra əyalətində onlarla insanın ölümünə səbəb olan qayıq qəzası ilə bağlı başsağlığı verib. Məlumata görə, 85 nəfərin olduğu qayıq ştatın Oqbaru rayonunda daşqın nəticəsində çevrilib. Fövqəladə hallar orqanları ölənlərin sayının 76 nəfər olduğunu təsdiqləyib”, – prezidentin mətbuat xidməti tviterdə açıqlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki