image-reklam-veteninfo
image-rs5a8194backend

Nobel mükafatı laureatı Əziz Səncər: “Prezidentİlham Əliyevə və hörmətli Mehriban xanımaminnətdarlığımı bildirirəm”

image-reklam-veteninfo

Sentyabrın 8-də AMEA-nın Rəyasət Heyətinin iclaszalında Azərbaycan Milli Elmlər Akademiyasının fəxriüzvü, dünya şöhrətli görkəmli alim, Nobel mükafatılaureatı, professor Əziz Səncərin 80 illik yubileyinəhəsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Konfransa onlayn qoşulan professor Əziz Səncər genişnitq ilə çıxış edib. Həmin nitqi təqdim edirik:

Fəaliyyətimə yüksək qiymət verdiyi məniŞöhrətordeni ilə təltif etdiyi üçün AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə Birinci vitse-prezident hörmətli Mehriban xanımaminnətdarlığımı bildirirəm.

Mənə dəyər verdiyiniz 80 illik yubileyimi qeydetdiyiniz üçün Sizlərə minnətdarlığımı bildirirəm.  Mənim üçün çox gözəl sözlər söylədiniz, çox sağolun, təşəkkür edirəm.

image-rs5a8194

Bəli, mən türk elminə xidmət etmişəm. Lakin məndənsoruşsanız, Qarabağı azad etmək üçün canını verənazərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçünfədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın. Qarabağ həmişə mənim ağlımdadır. Qarabağın azadedilməsi mənim üçün, Türk dünyası üçün bir dönüşnöqtəsidir.

Çünki Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməniTürkiyədən təmizləməsi 2020-ci ildə AzərbaycanınQarabağı işğaldan azad etməsi ilə biz Türk dünyasıolaraq artıq vətənimizə sahib olduq. Bundan sonra bizədüşən elm yaratmaq sivilizasiya sahəsində, sivilizasiyada qabaqcıl dövlətlər səviyyəsinəçatmaqdır. Bu baxımdan Qarabağ müharibəsində şəhidolan, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxtunutmayın. Mən unutmuram. Ümid edirəm ki, heç birazərbaycanlı qardaşım da unutmaz. Bu, mənim həmişəağlımdadır.

Təbii ki, bir elm adamı olaraq mənim elm haqqındaxüsusi fikirlərim var. Biz Türk dünyası olaraq böyükinsan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək çalışmalarını təşviq etsək, Türk dünyasının elmdədünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinəinanıram.

Biz keçmişimizlə fəxr edirik. ÖzbəkistandanAzərbaycana, Türkiyəyə, Balkanlara qədər bizimböyük bir keçmişimiz var. Lakin Türk dünyasıkeçmişdə elmə insanların ortaq sivilizasiyasınaböyük töhfələr verməsinə baxmayaraq, yaxınzamanlarda bunu e bilməmişdir. Biz keçmişləöyünməklə heç bir yerə çata bilmərik. Biz bu gün edəcəyimizlə, etdiyimizlə fəxr etməliyik buna görə elmə texnologiyaya ağırlıq verməliyik.

Uşaqlarımıza kiçik yaşlardan etibarən təcrübəaparmağı sual verməyi öyrətməli, qız oğlanuşaqlarımıza eyni təhsil imkanlarını təmin etməliyik. Elm adamlarına ləyaqətə əsaslanan imkanlar azad mühiti yaratmalıyıq.

Türk dövlətlərindən məqsədim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə Türkmənistanınuniversitetləri, araşdırma mərkəzləri, düşüncəinstitutları elm adamları arasındakı əməkdaşlığıgücləndirməkdən ibarətdir. Düşüncə qurumlarımızınelmi biliklə qərarvermə prosesləri arasında güclü birkörpü qurması Türk dünyasının gələcəyi baxımındanəhəmiyyətlidir.

Bir-birimizi tanımalı, birlikdə araşdırma aparmalı xüsusilə gənc elm adamlarımızın ortaq çalışmalaraparmasının, birlikdə istehsal etməsinin qarşısınıaçmalıyıq.

Mənim üçün ən mühüm məsələlərdən biri Türk dünyasının inkişafı türk gənclərinin elmdə ənyüksək sıralarda yer almasıdır. Bunun yolu bəllidir: Elm yaradacağıq elm yaratmaq üçün çoxçalışacağıq.

Bakıdakı bu toplantının Türk dünyasında elm, təhsil texnologiya əməkdaşlığının daha da güclənməsinətöhfə verməsini arzulayıram. Ümid edirəm ki, bütünTürk Azərbaycan xalqı bu toplantıdan xəbərdardır ya dinləyirlər. Ortaq çalışmamız ya elmi inkişafetdirməyimiz lazımdır.

Mən, əlbəttə, bir müəllim olaraq saatlarla danışabilərəm. Lakin burada sözü qısa kəsirəm. Sözümübitirməzdən əvvəl, bildirmək istəyirəm ki, azərbaycanlıların hamısı mənim qardaşımdır.

Azərbaycan haqqında, Türk dünyası haqqındadeyəcəyim şeylər çoxdur. İnşallah, yenidən fürsət olar, sizləri ziyarət edərəm üz-üzə danışar, bunlarımüzakirə edərik.

Kosovodan Kaşqara qədər türk vardır. Ümid edirəm ki, bunu hamınız ağlınızda saxlayarsınız. Türk yalnızTürkiyədə deyil, yalnız Azərbaycanda deyil, Kosovodan Kaşqara qədər uzanan böyük bir insantopluluğudur bu böyük topluluğun həm böyükmaddi, həm insani gücü vardır. Onlardan istifadəetməli dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabətapara biləcək vəziyyətə gəlməliyik.

İnşallah… 80 yaşındayam, Allah qədər ömürverərsə, o qədər yaşayaram, amma inşallah, həyatımdabunun təsirini görərəm.

Sağ olun, var olun.

Tanrı Türkü qorusun.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki