image-reklam-veteninfo
image-1backend

Müəllimlərin şikayət etdiyi kollec rəhbəri işdən çıxarıldı

image-reklam-veteninfo

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.

Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki