image-9backend

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacaq.

image-reklam_sirab_01
Veteninfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

“Gözlənilir ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar”, – xəbərdə vurğulanıb.
Sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır.
Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir.
Məlumatda bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki