image-375404_res_01backend

Oliqarx Babayevin adamı “Kalaşnikov”la tutuldu

image-reklam_sirab_01

Rusiyanın Rostov vilayətində hüquq-mühafizə orqanları azərbaycanlı yerli oliqarx, Aksay rayonunda 4 iri ticarət mərkəzi də daxil olmaqla çoxsaylı biznes aktivlərinin sahibi, hazırda axtarışda olan Kərim Babayevin adamını “Kalaşnikov” avtomatı ilə yaxalayıb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, söhbət Vladimir Morojenko adlı şəxsdən gedir. O, qanunsuz sahibkarlıq fəaliyyətində və xüsusilə iri məbləğdə gəlirlər əldə etməkdə, Kərim Babayevin yaratdığı mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə ittiham olunur.

“Saxlanılarkən Morojenkodan 9.5 milyon rubl və bahalı İsrail dəsti ilə təchiz olunmuş “Kalaşnikov” avtomatı tapılıb”,-məlumatda deyilir , bu ilin aprel ayında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rostov vilayətinin Aksay rayonunun başçısı, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu, Kərim Babayevin oğulları Eduard və Vadim Babayevləri, habelə Borzenkonun kürəkəni və eyni zamanda Kərim Babayevin şirkətinin icraçı direktoru İvan Sitkonu həbs edib. Kərim Babayevin özü həbsdən yayına bilib və məlumatlara görə ya Türkiyəyə, ya Azərbaycandakı “çox nüfuzlu qohumlarının” yanına qaçıb. Həbs əməliyyatının ardınca Aksay rayonunda Kərim Babayevə məxsus olan “Almaz”, “Atlant”, “Klassik” və “Stroitelnaya” adlı dörd iri ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. Hüquq-mühafizə orqanları bu ticarət mərkəzlərinin yerləşdiyi torpaq sahələrinin Kərim Babayev tərəfindən Vitali Borzenko ilə əlbir olaraq qanunsuz ələ keçirildiyini bildirir. Hərçənd ticarət mərkəzləri 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi və onların “qanunsuz” olmasının nədən indi yada düşdüyü məlum deyil.image-c73879610a7709afc7dc70c933dec71b0740f1b2_727

Morojenkoya gəldikdə isə o, fərdi sahibkar olub, Aksay bazarında meyvə-tərəvəz və ət alveri edib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Morojenko biznesmen İvan Sitkonun maraqları çərçivəsində hərəkət edib. Habelə digər şübhəlilər-Vadim və Eduard Babayevlər, Vitali Borzenko, Sergey Şamrayev, Turab İsayev və Lyubov Xakalo ilə əlbir olub. Rostov məhkəməsinin mətbuat xidmətinin yaydığı məlumatdan belə çıxır ki, 33 yaşlı Morojenko habelə Aksay rayonunda dövlətə məxsus torpaq sahələrinin qanunsuz ələ keçirilməsində iştirak edib. Hansı ki, həmin torpaq sahələrində Babayevlər və ortaqları biznes qurublar. Babayevin qruplaşmasının ilk cinayət əməlinin 2000-ci ildə törədildiyi bildirilir, yəni qruplaşma həmin il Aksay rayonunda torpaq sahələrini əldə edib. Morojenkonun isə həmin vaxt cəmi 13 yaşı olub.

Zəbt edilən torpaqların ümumi sahəsinin 35 hektara yaxın olduğu bildirilir. Kərim Babayev Rostov vilayətinin ən zəngin adamlarından olub və onu  yerli məmurlarla yaxın əlaqələrinə görə “Rostovun Berezovskisi” adlandırırdılar.image-375405_src

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki