image-03442154-ed7f-3056-8b47-ad3f82a92ead_850backend

Pakistanda damın uçması nəticəsində 9 nəfər həlak olub

image-reklam_sirab_01

Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

Bu barədə “Doon” qəzeti polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.

Qəzetin yazdığına görə, qəfil çökmə nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib. Nəşr qeyd edib ki, iki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki