Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib.
Vətəninfo.az xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Məlumata görə, iki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. Eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 20 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatlarının icrası ilə bağlı da müzakirələrin aparılacağı bildirilir.
Siyasi ekspertlər hesab edirlər ki,Paşinyan Putinlə görüşdə ilkin olaraq Brussel görüşü ilə bağlı Rusiya prezidentini məlumatlandıracaq.Putinin Brusseldə Azərbaycan prezidenti İlham Əliyevlə nələri razılaşdırdığının hesabını Paşinyandan soracaq.Yəni bir növ Paşinyan Putin qarşısında imtahan ediləcək.
Aprelin 20-də isə Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.
Məlumata görə, Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.