image-28787121backend

Paşinyandan Qafan-Gorus avtomobil yolu ilə bağlı-AÇIQLAMA

image-reklam_sirab_01

Baş nazirin sözlərinə görə, hakimiyyətə gəlməmişdən xeyli əvvəl, bəzi sərhəd yaşayış məntəqələrinin və ərazilərin taleyi əvvəlcədən müəyyən edilmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan dünəndən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən bağlanan avtomobil yolunun Gorus-Qafan hissəsindəki vəziyyəti şərh edib.
Veteninfo.az xəbər verir ki, erməni saytlarının yaydığı açıqlamada qeyd edilir ki, Paşinyan parlamentdə bu gün çıxışı zamanı bildirib ki, Qafan-Gorus avtomobil yolunun Karmrakar-Şurnux hissəsi avqustun 25-də saat 23:00 radələrində Azərbaycan hərbçiləri tərəfindən blokadaya alınıb.
Paşinyanın dediyinə görə, ötən il dekabrın 19 -da çıxışlarnın birində yolda olan problemlərdən danışıb və bütün məsuliyyəti üzərinə götürəcəyi siyasi qərarın qəbul edilməsinin vacibliyinə işarə edib.
Paşinyanın sözlərinə görə, o, bu sahədə təhlükəsizliyin Rusiya sərhədçiləri tərəfindən təmin edildiyini, Ermənistan və Azərbaycan qüvvələrinin də hər iki tərəfdə olduğunu açıq şəkildə söyləyib. Bu mənada Ermənistan hakimiyyəti cəmiyyətdən heç nə gizlətməyib.
“Biz yalnız təhlükəsizliyimiz üçün əlavə risklərə səbəb ola biləcək sahələr haqqında məlumat vermədik. Bu cür risklər, məsələn, bu gün yaranıb, mən mövcud vəziyyəti nəzərdə tuturam.lakin qlobal mənada problemin yenidən inzibati ərazi bölgüsünə bağlıdır. Bildiyiniz kimi, Gorus-Qafan avtomobil yolunun bir hissəsi sərhəd zolağına gedir və köhnə xəritələrə görə Azərbaycan sayılan əraziyə daxil olur”.
Paşinyanın sözlərinə görə, bu vəziyyət 2010-cu ildə Ermənistan hakimiyyəti tərəfindən inzibati ərazi bölgüsü haqqında qanunun qəbul edilməsi ilə möhkəmlənib. Onun sözlərinə görə, o vaxtkı Ermənistan hakimiyyəti mübahisəli əraziləri Aərbaycanın ərazisi kimi tanıyıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki