image-bez-nazvaniya-1backend

“Paşinyanın müsbət açıqlamaları davam edir, amma…”

image-reklam_sirab_01

“Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir”.

Veteninfo.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın bu açıqlamaları reallıqla bir araya gəlmir:

“Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır. Yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir. Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiyasi yaradılacaq. Komissiyadan xəbər-ətər varmı? Digər tərəfdən Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ probleminin” buna dəxli olmadığını, bu “məsələnin” ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “statusa” işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır.

Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur”, – deyə, Elxan Şahinoğlu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki