image-070800035376backend

Peskov: “Moskva Qarabağla bağlı Bakı ilə daim əlaqə saxlayır”

image-reklam_sirab_01

Azərbaycanla Qarabağ məsələsi üzrə əlaqələr üçtərəfli razılaşmaların reallaşması çərçivəsində daim həyata keçirilir.

Veteninfo.az xəbər verir ki. bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin ilə Nikol Paşinyanın görüşündən sonra Azərbaycan tərəfilə danışıqların planlaşdırılması barədə sualı cavablandırarkən bildirib.

“Azərbaycan tərəfilə əlaqələr daimi əsasda davam edir. Hamı razılaşır ki, üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi çox vacibdir və alternativsizdir. Və həm Ermənistan, həm də Azərbaycan tərəfilə əlaqələr bu reallaşma çərçivəsində həyata keçirilir”, – Peskov deyib.

Kremlin nümayəndəsi dəqiqləşdirib ki, iyulun 7-də axşam keçirilən Rusiya-Ermənistan danışıqlarında liderlər “ikitərəfli münasibətlər barədə ətraflı danışıblar”. “Üçtərəfli razılaşmaların gerçəkləşdirilməsinin müxtəlif nüansları müzakirə olunub”, – Peskov bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki