image-228374_9c372zgnv7backend

Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

image-reklam_sirab_01

Sosial şəbəkələrdə poliklinikalardan birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlandığını əks etdirən görüntülər yayılıb.

Foto geniş müzakirələrə səbəb olub, vaksinlərin bu şəraitdə hansı keyfiyyətdə saxlandığı sual doğurur. Həmçinin peyvənd məntəqələrinin lazımi soyutma konteyneri ilə təmin olunub-olunmaması da müzakirə mövzusudur.

Veteninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, həqiqətən də həmin soyuducu konteynerdən 16 saylı Şəhər Poliklinikasında istifadə olunub: “Vaksinlər poliklinikalarda 2-5 dərəcə temperaturda saxlanılır. Bu soyuducular da həmin temperaturu təmin edir”.

Poliklinikaların soyuducu konteynerlərlə təminatına gəlincə isə, nazirlikdən bildirilib ki, bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil.

Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də sorğu ünvanlanıb. Agentlikdən məsələ haqda gün ərzində cavab veriləcəyi bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki