image-1backend

Polşa prezidenti:”Nüvə silahı Polşaya gətirilməlidir”

image-reklam_sirab_01

Polşa prezidenti Anjey Duda ölkə ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan edib.Vətəninfo.az -in məlumatına görə , o, bu barədə Fakt nəşrinə müsahibəsində bildirib.

“Nüvə silahı Polşaya gətirilməlidir. Əgər müttəfiqlərimiz NATO-nun şərq qanadının təhlükəsizliyini gücləndirmək üçün nüvə silahından birgə istifadənin bir hissəsi kimi ərazimizdə nüvə silahı yerləşdirməyə qərar versələr, o zaman biz buna hazırıq”, – deyə Duda bildirib.

O əlavə edib ki, Polşa Şimali Atlantika Alyansında müttəfiqdir və bununla bağlı öhdəlikləri də var.

“Biz sadəcə olaraq ümumi siyasət həyata keçiririk” deyə  Duda bildirib.

Polşa prezidenti həmçinin bildirib ki, Amerika nüvə silahlarının ölkədə yerləşdirilməsi məsələsi “uzun müddətdir ki, Polşa-Amerika danışıqlarının mövzularından biri olub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki