image-46backend

Prokurorluq Əli Nasirin qardaşının ölümü ilə bağlı məlumat yaydı

image-reklam_sirab_01
Lənkəran Rayon Prokurorluğu tanınmış mərhum şair Əli Nasirin qardaşı Mirtağı Nəsirovun ölümü ilə bağlı məlumat yayıb.
Veteninfo.az xəbər verir ki, məlumatda deyilir:
“Oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır”
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki