image-37backend

Proses sürətlənir: ABŞ Ermənistanla Azərbaycan arasında olacaq sülhlə bağlı nə edir? – AÇIQLAMA

image-reklam_sirab_01

Ermənistan hakimiyyət rəsmiləri yaxın vaxtlarda Vaşinqtona dəvət olunacaq, orada Azərbaycanla sülh prosesi müzakirə olunacaq və sürətli addımlar atmağa təşviq ediləcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə beynəlxalq ekspert Suren Sarkisyan Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi və ABŞ-ın Cənubi Qafqazdakı maraqları barədə danışarkən qeyd edib.

Ekspertin fikrincə, ABŞ-ın bölgədə maraqları var və Ağ Ev burada maraqlarını təmin etmək üçün münaqişənin davam etməsini yox, sülhün, sabitliyin hökm sürməsini istəyir.

“ABŞ-ın bizim regionda öz maraqları var və burada münaqişə olmasa, bu maraqlar reallaşa bilər. ABŞ prezidentinin iştirakı olmadan heç bir erməni-türk barışığı prosesi və ya Qarabağ məsələsinin hansısa həlli prosesi ola bilməz”, – Sarkisyan belə düşünür.

O, hesab edir ki, türk-erməni münasibətlərinin yaxınlaşması Bayden Ərdoğan görüşündə müzakirə olunub və Ağ Ev bu prosesə başlamağa razılıq verib.

Suren Sarkisyan qeyd edib ki, bu məqsədlə 2022-ci ildə yüksək səviyyəli amerikan-erməni görüşləri gözlənilir.

“Tarix bir daha göstərir ki, yüksək səviyyədə amerikan-erməni təmaslarının pik nöqtəsi Qarabağ məsələsində irəliləyiş əldə etmək imkanının və ya Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivinin mövcud olduğu bir vaxta təsadüf edir”, – o deyib.

Bütün baş verənləri nəzərə alaraq yaxın gələcəkdə yüksək səviyyəli amerikan- erməni görüşlərini proqnozlaşdıran ekspert əlavə edərək bunları qeyd edib: “Yaxın vaxtlarda rəsmilərimiz Vaşinqtona dəvət olunacaq, sülhün yaradılması istiqamətində aydın formada və sürətli addımlar atmağa təşviq ediləcək. Çünki 9 noyabr bəyanatı və Soçi razılaşmaları artıq Brüssel və Paris tərəfindən legitimləşdirilib və indi növbə Vaşinqtondadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki