image-0d07fc58-f69a-3249-9a41-c43460da357b_850backend

Qadir İbrahimlinin cənazəsi təhvil verildi, vida mərasimi keçiriləcək

image-reklam_sirab_01

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

Veteninfo.az xəbər verir ki, mərasim saat 13.00-da “Jurnalistlər binası”nın həyətində olacaq.

Artıq məırhumun cənazəsi ailəsinə təhvil verilib.

Vida mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkərana aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki