image-images-1backend

Qalib Azərbaycan Xalqı!

image-reklam_sirab_01

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkə Prezidentinin düzgün qurduğu strategiya nəticəsində, ordumuzun qəhrəmanlığı,Qəhrəman Şəhidlərimizin qanı-canı bahasına,hərbçilərimizin şücaəti, rəşadəti hesabına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. 30 il ərzində sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.2020-ci ildə Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərini yaşadı. Ali Baş Komandanın başçılığı altında xalqımız yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazmağa müvəffəq oldu. Ordumuzun azad etdiyi kəndlərin, yüksəkliklərin videogörüntülərinə baxdıqca 30 ilə yaxın müddətdə keçirdiyimiz acı xatirələri unudur, böyük qürur hissi keçirirdik. Azərbaycan xalqının birlik nümayiş etdirməsi, döyüşçülərimizin cəbhə bölgəsində, vətəndaşların isə arxa cəbhədə yalnız bir düşmənə qarşı mübarizə aparması xalqımızın möhtəşəm qələbəsinə yol açdı.

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri, Azərbaycan Bayrağının qaldırılması, əsgərlərlə görüşləri tarixi hadisədir. Yolboyu videogörüntülərdə ərazilərləmizin dözülməz hala salınmasından, erməni faşistlərinin ağlasığmaz cinayətlərindən dönə-dönə danışan Prezidentimiz İlham Əliyev nəhayət xalqımızın qazandığı böyük qələbənin xoş aurası ilə xalqımıza bəyan edir ki, işğaldan azad olunan torpaqlarımıza həyat qayıdacaq, yeni-yeni layihələr reallaşacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikəcəklər. Yeni iş yerləri açılacaq, insanların yaşayışı üçün hər cür şərait yaradılacaqdır.Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yerləri gəzməsi  və  görüləcək işlərlə bağlı  söhbətləri  onu göstərir ki. ərazilərimiz tezliklə düşmənin etdikləri cinayətlərdən təmizlənəcək, ərazilərdə ağaclar, güllər  pöhrələnəcək, hayat əvvəlkindən də gözəl olacaqdır.

Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib.

Məmmədova Aytən Natiq

Azərbaycan DillərUniversiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki