image-indirbackend

Qələbəni təmin edən uğurlar

image-reklam_sirab_01

44 günlük müharibədə təkcə Ermənistan yox, Ermənistan üzərindən regionda məkrli oyunlar quran qüvvələr ağır məğlubiyyətə düçar oldu. O qüvvələr ki, daim Azərbaycanı I Qarabağ müharibəsinin nəticələri ilə barışmağa və münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünə inandırmağa çalışırdı.
Azərbaycan Qələbəni təmin etmək üçün uzun müddətdə çox
hazırlıqlar görmüşdü.
Ordu quruculuğunda mühüm islahatlar keçirilmiş,ordumuz daha da
qüvvətlənmişdi.
Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətinin də əyani nümayişi
oldu.
Xalqımızın həmrəkliyi Qələbənin əsas səbəblərindən
biridir.Yadımdadı döyüşlər getdiyi vaxt cəbhə bölgəsinə yola düşən hərbi maşınları xalqımız ərzaqlarla doldurur,ordumuza dəstək olduqlarını göstərirdilər.Hətta qadınlar bir birindən dadlı yeməklər hazırlayır,Cəbhə bölgəsinə yollayırdılar.Təbii ki, bu da əsgərlərimizi daha da qüvvətləndirir və sevindirirdi.Hətta mən də o görüntüləri izlədikcə kövrəlirdim,xalqımla qürur duyurdum.Məncə, Qələbəni təmin edən digər uğurlardan biri də məhz xalqımızın birliyi olmuşdur.
Azərbaycan xalqı sevinc içərisindədir. 30 ildən artıq gözlədiyimiz qələbə sədalı günlər gəlib yetişdi. İndi hər birimiz cəbhədən şad xəbərlər gözləyirik. Ermənistanın hərbi təcavüzü nəticəsində bir neçə gündür davam edən toqquşmalar düşmən ölkədə dərin nara­hatlıqla qarşılanıb. Ölkəmizdə isə əksinə, xalq arasında böyük coşqu və ruh yüksəkliyi müşahidə olunur.
Qələbəmizin digər əsas təməli Aprel Döyüşləri zamanı qoyulub.

Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Azərbaycan
təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu məhv edildi və zərərsizləşdirildi.
Hazırda bütün dünya bu qələbədən danışır.Biz bu sevinci Şəhidlərimiz və qazilərimizə borcluyuq.Rəbbim Şəhidlərimizə rəhmət,qazilərimizə şəfa versin.Bizə bu qürurverici xoşbəxliyi yaşatdıqları üçün onlara minnətdarıq.

Nəsimi Rayon Gənci : Səfərova Gülgün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki