image-ordumuz-bayraqbackend

Qələbəyə İnam!

image-reklam_sirab_01

Azərbaycan xalqının zəfərlə yanaşı acı taleyi hər kəsə məlumdur. Ancaq xalqımızın zəfərə hər daim inancı olmuşdur. Ta qədim zamanlardan bilirik ki, Azərbaycan xalqı bir çox döyüşlərdə öz əzmini,iradəsini nümayiş etdirmişdir. Əsgərlərimiz hər zaman öz igidlikləri ilə fərqləniblər. Bunu 44 günlük “Vətən müharibəsi”də buna əyani sübutdur.
Xalqımız 30 il Vətən həsrətində qalmasına baxmayaraq ana yurdlarına bir gün dönəcəklərindən heç vaxt şübhələri olmayıb. Onlar dövlətimizə,prezidentimizə və əsgərlərimizə hər zaman inanırdılar. Xalqımız qələbəyə inanırdı. Bütün çətinliklərin qarşısında özlərini sipər etmişdilər. Eyni ilə 20 Yanvar hadisələri yaşandığı zamankı kimi.
2-ci Qarabağ müharibəsi 26 sentyabr 2020-ci ildən başlayıb və 44 gün ərzində Qarabağ öz doğma sakinlərinə geri qayıtdı. Müharibə gedişatında xain düşmənlərimiz tərəfindən atəşkəs dəfələrlə pozulmaqla yanaşı dinc əhalimiz evlərində yatarkən dəfələrlə raket hücuma məruz qalmışdır. Bir gecədə neçə insanın evi yerlə yeksan oldu. Bunlar mənfur düşmənin Azərbaycan xalqına qarşı törətdiyi terror aktı idi. Bütün bunlara baxmayaraq xalqımız əsgərlərinə dəstək olur, onları qələbəyə səsləyir, cəbhəyə onlar üçün qida, geyim göndərir və pul ianə edirdilər.
30 illik müharibədən sonra xalqımız öz ata-baba torpaqlarına geri dönərkən qarşılaşdıqları mənzərə heç də ürək açan deyildi. Ermənilər tarixi-mədəni abidələrimizi, məscidlərimizi, hətta qəbirlərimizi belə yerlə yeksan etmişdirlər. Buna baxmayaraq xalq öz torpaqlarına geri dönmək istədiklərini və Qarabağımızı birlikdə dirçəldəyimizi dilə gətirirdilər.
Azərbaycan Respublikasının 2-ci Qarabağ savaşındakı zəfəri həm də tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olduğunun bir daha şahidi oldu.
Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə , çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Önəmli olan müharibənin ilk günündən sonuna qədər xalqımız öz ölkəsinin, ordusunun daim arxasında olması və qələbəyə inanaraq onları da qələbəyə ruhlandırması idi.

Oruczadə Ələviyyə
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki