MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup yeni nəsil aydını ilə görüşüb.
Araşdırmaçı yazar Tural İrfan, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, Əməkdar artist Qorxmaz Əlili, rejissor Elnurə Kazımova və qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalanla görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yaradıcı insanların cəmiyyətin mədəni-mənəvi həyatının zənginləşməsində yeri, rolu müzakirə olunub. Tarixi Zəfərin yaradıcı insanlar üçün yeni yaradıcılıq üfüqləri açdığı vurgulanıb.
Q.Paşayeva görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.




























