Gərginlik başlayandan bəri ən azı 800 min dinc sakin Qəzza zolağının şimal rayonlarını tərk edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Tsaxal məlumat verib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti ekstremistlərin 3000-dən çox raket atdığını bildirib. Bundan başqa, onlarla terrorçu İsrailin cənubundakı sərhəd bölgələrinə də basqın edib.
Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı keçirdiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələri (SAD) Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Oktyabrın 27-də axşam saatlarında İsrail qüvvələri Qəzza zolağına daxil olub. İsrail havadan, dənizdən və qurudan güclü hava zərbələri endirir.


























