image-1backend

Qəzzaya zərbələr nəticəsində TRT telekanalının əməkdaşları xəsarət alıb

image-reklam_sirab_01

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunus qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin TRT telekanalının əməkdaşları da xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki,  bu barədə TRT-yə istinadən xəbər verir.

TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image