image-photo1628930263-1backend

Qhrəmanlıq və peşəkarlıq təcəssümü Azərbaycan Ordusu!

image-reklam_sirab_01

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Vətən oğullarının istər tarixən baş verən döyüşlərdə, istər 90-cı illərdə, istərsə də indiki müharibədə göstərdikləri şücaət dillərə dastan olmuşdur. Bizim Babəklər, Cavanşirlər, Mübarizlər, Poladlar və bir çox qəhrəmanlarımız həmişə var olub , olacağlarda.
Keçmiş zamanda Koroğlunun dəliləri xalq üçün canından necə keçməyə hazır idi, əsirlər keçməsinə baxmayaraq bugünkü gündə igidlərimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumuz və amalımız üçün bir an belə tərəddüd etmədən vuruşmağa və bu haqq yolunda şəhadətə yetişməyə hazırdırlar. Biz elə bir xalqıq ki,nə yaşasaqda, gələcəyə inamımızı heç vaxt itirmərik, biz elə bir millətik ki, torpağımız, vətənimiz uğrunda qanımızın son damlasını belə qurban verərik.
30 ilə yaxın düşmən əlində olan Qarabağımız döyüş meydanını düşmənə məzar edən qəhrəmanlarımız sayəsində uzun zaman sonra öz elinə-obasına qovuşdu.
Səngərdə düşmənlə üz-üzə, əsgərləri ilə birlikdə şəhadətə ucalan General Polad Həşimovun, tək başına səngərdən çıxıb düşmənə qan udduran, cansız bədəni ilə belə düşməndə qorxu yaradan qəhrəmanımız Mübariz İbrahimovun, illərdir övlada həsrət qalan şəhid olduqdan sonra dünyaya göz açan qızını görə bilməyən Yaşar Babayevin, nə qədər yarım qalan hekayələrin, atasız qalan körpələrin, yarsız qalan xanımların, gözü yaşlı valideyinlərin böyüdüb boya-başa çatdırdığı qəhrəmanların Vətənində yaşayırıq biz. Onların qəhrəmanlığı bir dastan, bitməyən hekayə, baxdıqca baxılan bir film oldu. Düşmən belə bizim igidlərin qəhrəmanlığından danışırdı.
Şuşa döyüşündə şəhidini orda qoymayan çiynində o hündür dağları qalxan, döyüşən igidlər, günlərlə irəliləmək üçün ac, yuxusuz qalan, yaralı halda belə döyüşə davam edən, yaralı olduğu halda xəstəxandan qaçıb silah yoldaşlarını tək qoymayıb şəhadətə ucalan qəhrəmanlarımız var bizim. Hər nə olsa belə vətəni hər şeydən üstün tutub irəlliyən əsgərlərimiz.
Say say bitməz bizim igidlərin qəhrəmanlığı. Hansını deyəsən ki? Hansı igidimizdən danışasan? Vətənimin mərd oğullarını hansı sözlərlə ifadə etmək olar ki?
Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdi. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu uşaqlar, gənclər üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, istənilən dövrdə Azərbaycan gənci ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdır!

Azərbaycan Dillər Universiteti
Orucova Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki