image-1backend

Qızıl Xaç muzdlu ermənipərəstlərin yalanını ifşa etdi

image-reklam_sirab_01

Avqustun sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Dağlıq Qarabağın doqquz aylıq mühasirəsi zamanı Azərbaycanın Beynəlxalr Qızıl Xaç Komitəsi (BQXK) Qarabağın erməni əhalisinə yardım göstərməsinə mane olduğuna dair yalan və qərəzli material dərc edib. Məqalədə beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatına daxil olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həmkarlarının işinə mane olduğu da vurğulanıb.

Məsələ ilə bağlı “The Insider” nəşri BQXK-nın Baş ofisinə sorğu ilə müraciət edib. Komitənin kommunikasiyalar üzrə müşaviri Kler Kaplunun ofisinin cavabı belə olub:

“BQXK-nin əsas məqsədi Milli Cəmiyyətlərin bizim prinsip və siyasətlərimizə uyğun olaraq təsirə məruz qalmış əhaliyə effektiv yardım və dəstək göstərməsini təmin etməkdir. Buna üzvlər arasında daimi qarşılıqlı əlaqə və açıq dialoq vasitəsilə nail olmaq olar. Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illərdir etnik mənsubiyyətindən asılı olmayaraq, döyüşlər nəticəsində didərgin düşmüş insanlara dəstək olub. Bura ərzaq və ilkin tələbat mallarının verilməsi, maddi yardım, psixoloji və sosial dəstək daxildir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki