image-1629dea8-9024-320f-820a-7674c04e79aa_850backend

Qızılın qiyməti cüzi düşüb

image-reklam_sirab_01

Dünya bazarlarında qızıl ucuzlaşıb.

“Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,34 %, yaxud 5,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1669,5 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,06 % düşərək 1 unsiyası 19,407 ABŞ dolları təşkil edib.

Qiymətə təsir edən amillərdən biri dolların indeksidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,24 % artaraq 113,42 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki