image-98613f6e-46ea-3ddb-bec7-4ef8db2c3d1e_850backend

Qobustan Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib

image-reklam_sirab_01

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Veteninfo.az-a daxil olan məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.

Qeyd edək ki, V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki