image-16256598122316955052_367x266backend

Ramin Əhmədov: “Vikipediya”da türk dünyası ilə bağlı layihəmiz davamlı xarakterdə olacaq

image-reklam_sirab_01

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən onlayn ensiklopediyada türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yer alıb. Layihə çərçivəsində bu günədək 280-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə AZƏRTAC-a “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər. Könüllülər tərəfindən müxtəlif mövzularda məqalələr yaradılır.
Belə ki, 1918-1919-cu illərdə Krım yarımadasında ardıcıl olaraq mövcud olmuş 2 qısamüddətli Krım Regional Hökuməti, Yuan sülaləsindən olan dördüncü imperator Ayurbavada Buyantu xan, Krım Muxtar Respublikası və Krım Respublikasının rəsmi gerbi, Kaysan Külük xan, krım-tatar ictimai xadimi Vəcihə Qaşqa, rus ordusunun general-mayoru Əli Şeyxəliyev, tatar əsilli professor Nadir Dövlət, Qaraçay-Çərkəz Respublikasının Xalq yazıçısı İsa Kapayev və digər mövzularda da məqalələr yaradılıb.
Ramin Əhmədov layihənin davamlı xarakter daşıyacağını söyləyib: “Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir. Könüllülər zəngin və böyük irsi özündə daşıyan tariximizi təbliğ etmək missiyasını şərəflə yerinə yetirirlər. Gələcək nəsillər məlumatları oxuyaraq qürur hissi keçirəcəklər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki