image-rasim_quliyevbackend

Rasim Quliyevlə bağlı Prezidentə müraciətlər davam edir YENİ SIYAHI

image-reklam_sirab_01

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində işi üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanın vətəndaş cəmiyyəti institutunun nümayəndələri – millət vəkilləri, tanınmış elm və ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının sədrləri, media qurumlarının rəhbərləri və jurnalistlər Rasim Quliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayaraq, onun çox imanlı, alicənab, əqidəli, intizamlı, Ulu Öndər Heydər Əliyev ideologiyasına və bu ideologiyanın layiqli davamçısı – cənab İlham Əliyev siyasətinə sədaqətli olduğunu, dövlət məmuru kimi işlədiyi müddətdə verilən tapşırıqları yalnız ləyaqətlə, şərəflə, dəqiq yerinə yetirdiyini və heç vaxt dövlətə xəyanət etmədiyini qeyd edib, cəmiyyətdə vətənpərvər ziyalı kimi tanındığını, işlədiyi müddətdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışdığını, ictimai rəydə müsbət imic yaratdığını vurğulayıblar.

Müraciətdə o da bildirilib ki, Rasim Qyuliyev uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkir və hazırda səhhətində ciddi fəsadlar yaranıb, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə yerləşdirilib. Himayəsində yaşlı və xəstə anası, azyaşlı məktəbli qızı və 2 azyaşlı nəvəsinin olduğu bildirilən Dövlət Başçısına müraciətdə Rasim Quliyevin dövlətə və cəmiyyətə bundan sonra da xidmət etməsi üçün növbəti şansın verilməsi, xahişlərinin nəzərə alınaraq, onun barəsində açılmış cinayət işinə obyektiv baxılmasına və bəraət verilməsinə kömək olunması təvəqqe edilib.

Xatırladaq ki, ilk müraciəti 101 nəfər imzalayıb və bu gün də bir sıra tanınmış simalar, tanınmış elm və mədəniyyət xadimləri, QHT rəhbərləri və media adamları öz imzalarının həmin müraciətə əlavə olunmasını şəxsi təşəbbüsləri olaraq irəli sürüblər:

1. Şeyx Əbdül (Abduləhəd Mahmudov) – Azərbaycan Respublikasının xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan SSRİ-nin Dövlət mükafatçısı

2. İlham Namiq Kamal (İlham Əhmədov) – Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSRİ-nin əməkdar artisti, “Sənətkar” medalı laureatı

3. Rza Rzayev – aktyor, rejissor, ssenarist

4. Sakit Hüseynov – elmlər doktoru, professor

5. Aydınxan Əbilov – yazıçı-kulturoloq

6. Azər Rəşidoğlu – jurnalist, “Tolerantlıq” sosial araşdırmalar İB-nin sədri, siyasi araşdırmaçı

7. Xalid Niyazov – telejurnalist, elmləri doktoru

8. Aqil Ələsgər – jurnalist, Yenicag.az saytının rəhbəri

9. Nahid Canbaxışlı – jurnalist, Veteninfo.az saytının rəhbəri

10. Əli Vəliyev – jurnalist, manshet.az saytının baş redaktoru, Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri

11. Musa Musayev – YAP-ın veteranı

12. Etibar Cəbrayıloğlu – jurnalist, köşə yazarı, Həsən bəy Zərdabi və Qızıl Media açarı laureatı

13. Mirisa Heydərov – ictimaiyyətçi fəal, müəllim

14. Güllər Bəhrəmova – Turanxeber.az saytının baş redaktoru

15. Teymur Fətişoğlu – İdeologiya.az Media Holdinqinin təsisçisi, sonxeber.info, sonxeber onlayn TV-nin baş redaktoru

16. Aygün İbrahimova – sonxeber.info-nun redaktoru

17. Kəmalə Nəsibova – araşdırmaçı jurnalist.

 

Qeyd edək ki, bundan əvvəl 101 nəfər tanınmış ictimaiyyət nümayəndəsi öz təşəbbüsləri ilə bu müraciətə qoşulmuşlar:

 

1.Əflatun Amaşov – Mətbuat Şurasının sədri, əməkdar jurnalist

2. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili

3.Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist

4.Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru, əməkdar jurnalist

5.Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru, əməkdar jurnalist

6.Yunis Oğuz – “Olaylar” qəzetinin və İnformasiya Agentliyinin baş redaktoru, əməkdar mədəniyyət işçisi, “Tərəqqi” mükafatı laureatı

7. Akif Aşırlı – “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist

8.Rauf Arifoğlu – “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist

9. Aynur Camalqızı – “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist

10. Aydın Quliyev – “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü

11.Müşfiq Ələsgərli – Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü

12. Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru, əməkdar jurnalist

13. Afiq Mirzəbəyli – “Reytinq” onlayn qəzetinin baş redaktoru

14. Əvəz Zeynallı – “Xural” qəzetinin təsisçisi və baş redaktoru, “Xural TV” onlayn kanalının təsisçisi

15.Vüsal Məmmədov – “Azvision.az” saytının baş redaktoru, REAL TV-nin analitiki

16. Alqış Musayev – jurnalist, siyasi şərhçi

17. Əli Musa – “Rezonans.az” saytının baş redaktoru

19. Ağamir Behbudov – “Azernews.az” saytının redaktoru

20. Azər Həsrət – əməkdar jurnalist

21. Qabil Şəldiyev – “Cəmiyyət və qanun” qəzetinin baş redaktoru

22. Fariz Quliyev – “Arazmedia.az” xəbər portalının baş redaktoru

23. Hüseyn Əzizoğlu – “Araz” qəzetinin baş redaktoru

24. Rəsafil Bayramov – “Atatv.az” saytının baş redaktoru

25. Səməndər Qurbanov – “Araz” qəzetinin redaktoru

26. Zaur Sarıyev – “Araz Media” qəzetinin redaktor müavini

27. Zaur Qəriboğlu – araşdırmaçı jurnalist, “Reaksiya” İnternet Televiziyasının rəhbəri

28. Rəvan Bağırov – “Resurs” Anailik İnformasiya Mərkəzinin ofis rəhbəri

29. Savalan Talıblı – “Analoq.az” saytının baş redaktoru

30. Elçin Bayramlı – TV Press internet qəzetinin baş redaktoru

31. Lalə Mehralı – jurnalist-sosioloq

32. Naib Niftəliyev – jurnalist-sosioloq

33. Natella Məmmədova – “Araz Media” qəzetinin təsisçisi

34. Rövşən Rəsulov- jurnalist, sosial və siyasi şərhçi, Xəzər TV-nin eksperti

35. Adəm Abbaslı – “Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin diplomçusu, jurnalist

36. Asəf Novruzov – “Cəmiyyət” Media Qrupunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

37. Vəli Vəlili – “Səs” Media Qrupunun icraçı direktoru

38. Xanlar Xoca – “Yenilik.az” saytının baş redaktoru

39. Cabir Məmməd – “Səs” İnternet Televiziyasının redaktoru

40. Nəzirə Nurullayeva – “The Business Times” qəzetinin baş redaktoru

41. Fadil Paşayev – Konkret.az saytının baş redaktoru

42. Tahir Talıblı – şair-publisist, əməkdar jurnalist

43. Qafar Çaxmaqlı – veteran jurnalist, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri, Türkiyənin Ərciyəz Universitetinin müəllimi, professor

44. Akif Cabbarlı – yazıçı-publisist, veteran jurnalist

45. Valeh Mirzə – yazıçı-publisist, veteran jurnalist

46. Cavid İsmayıl – tarix üzrə fəlsəfə doktoru, jurnalist

47. Sahil İskəndərov – politoloq, əməkdar jurnalist

48. İmran Bədirxanlı – jurnalisti-tərcüməçi, ssenarist

49. Səriyyə Müslümqızı – tədqiqatçı jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri

50. Rahib Qərib – hərbi jurnalist

51. Ləman İsmayılova (Ələşrəfqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist

52. Afət Məhərrəmova (Telmanqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist

53. Əsəd Cahangir – “Azərbaycan” jurnalının baş redaktorunun müavini, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Qızıl Kəlmə” mükafatı laureatı

54. Kənan Hacı – jurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı

55. Vahid Ömərov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

56. Rəşad Mahmudov – millət vəkili

57. Azər Badamov – millət vəkili

58. Fazil Mustafa – Böyük Quruluş Partiyasının başqanı, millət vəkili

59. Razi Nurullayev – Milli Cəbhə Partiyasının sədri, millət vəkili

60. Nemət Pənahlı – Azərbaycan Milli Demokratlar Pariyasının sədri

61. Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri

62. Qorxmaz İbrahimli – Aydınlar Partiyasının sədr müavini

63. Abutalıb Səmədov – Azərbaycan Naminə Alyans Partiyasının sədri

64. Fuad Əliyev – Azərbaycan Liberal Demokratik Partiyasının sədri

65. Teyyub Qənioğlu – Azərbaycan Təkamül Partiyasının sədri

66. Fərəc Quliyev – Azərbaycan Dirçəliş Partiyasının sədri

67. Hafiz Hacıyev – Müasir Müsavat Partiyasının sədri

68. Hadı Rəcəbli – siyasi elmlər doktoru, professor

69. Elçin Axundzadə – İslahatlara dəstək İctimai Birliyinin sədri

70. Qabil Hüseynli – politoloq

71. Elxan Şahinoğlu – politoloq

72. Svetlana Bayramova – politoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü

73. Qadir İbrahimli – jurnalist-ekspert, “Güzəran” Sosial araşdırmalar İctimai Birliyinin sədri

74. Emin Mehdi – Mənəvi Dəyərlərin Təbliği Fondunun Baş məsləhətçisi

75. Fatimə Hacıbəyli – jurnalist, “Vəfa” Sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri

76. İlham Əliyev – Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri

76. Səməd Vəkilov – “Müvəkkil” Hüquq Mərkəzinin sədri

77. Həsən Qarayev – “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyinin sədri

78. Könül Quliyeva – “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri, hüquq müdafiəçisi

79. Sevil Yusifova – “Azəri Jurnalist Qadınlar Assosiasiyası”nın rəhbəri

80. Mobil Vəkiloğlu – hüquqşünas, sosial-ekspert

81. Məxluqə Qaramanlı – Əlil Qadınlar Cəmiyyətinin sədri

82. Təhmasib Novruzov – Azadlıq Hərəkatları İB-nin sədri

83. Zülfiyyə Nuriyeva – Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İB-nin sədri

84. Elvin Talışinski – “Elin səsi” İctimai Birliyinin sədri

85. İradə Abbas – Müharibə Veteranlarının Qadınları İB-nin sədri

86. Rahilə Mehdiyeva – Sosial İqtisadi və Ekoloji İnkişaf İB-nin sədri

87. Elşən Məmmədov – istefada olan polkovnik, əməkdar jurnalist

88. Qismət İsmayılov – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədr müavini

89. Bəxtiyar Abbasov – YAP Şamaxı rayon təşkilatının sədri

90. Mahirə Əmirhüseynova – “XX Əsrin Qadınları” İB-nin sədri

91. Nəzakət Həsənova – Şəhid ailələrinə maddi və mənəvi dəstək İB-nin sədri

92. Sənan Həsənov – siyasi elmlər üzrə fəlsəfə doktoru

93. Rauf Zeyni – hüquq müdafiəçisi

94.Emin Həsənli – Tərxis olunmuş hərbçi gənclər İB-nin sədri

95. Hacı Hacıyev – Azərbaycan Kommunist Partiyası MK-nın sədri

96. Zaur İbrahimov – “Prioritet” Sosial Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

97. Elməddin Muradlı – Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri

98. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri

99. Ruslan Xəlilov – Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri

100. Seymur Elsevər – sənətşünas-jurnalist

101. Yaşar Əhmədov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki