image-fb_img_1624951143798backend

Razi Nurullayevdən sərt BƏYANAT

image-reklam_sirab_01

Ramil Hasan yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda e bilirəm ki, məni cəriməlıyiblər.

Veteninfo.az xəbər verir ki, bu fikirləri  Milli Cəbhə Partiyası sədri,millət vəkili Razi Nurullayev millət vəkili həmkarı Ramil Həsənli ilə bağlı bəyanatında səsləndirib.

MCP sədrinin bəyatın olduğu kimi təqdim edirik:

Əslində, qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma, indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam.

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyatı orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.

Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı, bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki