Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail 10 aydır Qəzzada törətdiyi bütün vəhşiliyə,barbarlığa və terrora baxmayaraq Fələstin xalqının müqavimət iradəsini qıra bilmədi.
Rəcəb Tayyib Ərdoğan deyib: “Torpaqlarını qəhrəmancasına müdafiə edən Fələstin xalqını bir daha hörmətlə salamlayıram. Qələbənin gec-tez fələstinli qardaşlarımızın olacağına ürəkdən inanırıq”.
Prezident Rəcəb Tayyib Ərdoğan Bitlisin Ahlat rayonundakı Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.
Nazirlər Kabinetinin son toplantısından bu yana Türkiyənin hədəflərini həyata keçirmək üçün mübarizəni qətiyyətlə davam etdirdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: “Müdafiə Sənayesi İcraiyyə Komitəsinin 2024-cü ildə keçirilən ikinci iclasında ölkəmizin müdafiə qabiliyyətini gücləndirəcək kritik qərarlar qəbul etdik. Yerli və milli imkanlarla inkişaf etdirdiyimiz “Polad Günbəz” layihəmizin təfərrüatlarını müzakirə etdik. Müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfimizə nail olmaq üçün dayanmadan çalışırıq”.
Fələstin dövlət başçısı Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində verdiyi mesajların bütün dünya tərəfindən diqqətlə izləndiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: “İsrail 10 aydır Qəzzada törətdiyi bütün vəhşiliyə,barbarlığa və terrora baxmayaraq Fələstin xalqının müqavimət iradəsini qıra bilmədi. Torpaqlarını qəhrəmancasına müdafiə edən Fələstin xalqını bir daha hörmətlə salamlayıram. Qələbənin gec-tez fələstinli qardaşlarımızın olacağına ürəkdən inanırıq”.