image-img-20210712-wa0041backend

Rəşad Mahmudov Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb

image-reklam_sirab_01

İyulun 12-də Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Veteninfo.az xəbər verir ki,Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında gündən-günə inkişaf etməkdə olan çoxşaxəli əlaqələr barədə söz açaraq, son illər ərzində ölkəmizdə səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər, Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycana ilk dəfə gəldiklərini və səfərin məqsədinin iki ölkə arasında tibb və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi olduğunu vurğuladılar.
Görüş zamanı nümayəndə heyətinin rəhbəri Loğman Həkim Universitetinin rektoru Prof.Dr. Bülənt Gümüşəl, universitetin İdarə Heyətinin sədri Dr. Mehmet Altuğ, rektorun müşaviri Prof.Dr. Ayşe Karaduman, universitetin Səhiyyə elmləri fakültəsinin və tibb bacısı şöbəsinin müdiri Prof.Dr. Fatma Öz, Əczaçılıq fakültəsinin dekanı Prof.Dr. Belma Gümüşel, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev çıxış edərək, tibb sahəsində birgə inkişaf layihələri çərçivəsində gələcək fəaliyyətin istiqamətləri barədə fikirlərini bölüşüblər.

image-img-20210712-wa0042


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki