Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyədə işgüzar səfərdədir.
Vətəninfo.az xəbər verir ki, səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, Orta Dəhlizin daşıma potensialının artırılması üçün birgə görüləcək işlər, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin inkişafı məsələləri müzakirə edilib.