Hazırda Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir.
Veteninfo.az-ın xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.
Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.