image-1backend

Reyhan Camalova ilə davamçılar arasında görüş baş tutub

image-reklam_sirab_01

10 yanvar tarixində “Davam” Gənclər Hərəkatının Bakı ofisində Hərəkatın İdarə Heyətinin üzvü, Prezident mükafatçısı, “Rainergy” startapının təsisçisi, “Green Awards” müsabiqəsinin qalibi, gənc ixtiraçı Reyhan Camalovanın iştirakı ilə “Uğura gedən yolda Azərbaycan gəncinin atmalı olduğu addımlar” mövzusunda görüş baş tutub.

Görüş zamanı Reyhan Camalova gənclərə uğurlu fəaliyyəti nəticəsində qazandığı nailiyyətlərin sirləri və özünü inkişaf etdirməyin yolları haqqında ətraflı məlumat verib. Səmimi və maraqlı keçən söhbətin yekununda sual-cavab mərhələsi baş tutub, gənclər onları maraqlandıran sualları səsləndirib və mövzu ilə bağlı fikirlərini bildiriblər.

Görüşün sonunda xatirə fotosu çəkilib.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki