image-376163_res_01backend

“Rövşən Əkbərov zalda qandalsız oturdulur, başqalarının həyatına təhlükə yaradır…”

image-reklam_sirab_01

Vəkil Elçin Sadıqov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək general Rövşən Əkbərovun məhkəmə zalında digər proses iştirakçılarını açıq təhdid etdiyini bildirir. Veteninfo.az xəbər verir ki, vəkil müraciətini özünün sosial şəbəkə hesabında yerləşdirib. Ötən gün isə Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirmişdi və insidentlə tədbir görülməsi üçün ölkə rəhbərliyinə müraciət etmişdi.image-376160_srcRövşən Əkbərov tərəfindən qətlə yetirildiyi deyilən iş adamı  E.Əliyevin ailəsinin vəkili olan  Elçin Sadıqov qeyd edir ki, az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar: “Lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında qolunda qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan otuzdurulur. İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir. Hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə “sən bağla” kimi sözlər deyir. Şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin. Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır”.image-376162_srcVəkil bildirir ki, Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tezalışandır və istənilən vaxt o, digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir.

E.Sadıqov qeyd edib ki, məhkəmə iclaslarında karantin rejimi qaydaları gözlənilmir: “Rövşən Əkbərovun bütün qohum əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar. Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.

Rövşən Əkbərovun işi üzrə məhkəmə prosesini izləyən əməkdaşımız bildirir ki, dünən sentyabrın 1-də keçirilən iclas zamanı vəkil Elçin Sadıqovla generalın arasında mübahisə yaranıb. Hər şey ondan başlayıb ki, Rövşən Əkbərovun vəkilləri iş üzrə şahidlərdən biri-Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadənin elan edilməsini tələb ediblər. Lakin prokuror və zərərçəkən tərəfin vəkili buna etiraz edib. Elçin Sadıqov bildirib ki, Nazim İbrahimovun həmin ifadəsinin üstündən az qala 20 il keçib və həqiqəti onun 2021-ci ildə verdiyi ifadə əks etdirə bilər.

Rövşən Əkbərov isə hiddətlənib ki, qarşı tərəfin vəkilləri hətta onlara söz verilməyəndə də danışır. Elçin Sadıqov isə bildirib ki, generalın vəkilləri yerlərindən atmaca atır. Bu zaman Rövşən Əkbərov qəzəblənib, “yum ağzını” deyə vəkilə qışqırıb. Vəkil də cavabsız qoymayıb: “Bura sənə hərbi hissə deyil. Özün yum ağzını”.

İclasdan sonra isə dəhlizdə Rövşən Əkbərovun oğlu Telman Əkbərov vəkilə hücum çəkib və onu döyməyə çalışıb. Bu insidentlə əlaqədar vəkil hüquq-mühafizə orqanlarına və ölkə rəhbərliyinə müraciət edərək tədbir görülməsini xahiş edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki