image-reklam-veteninfo
image-resizebackend

Rusiya 16 erməni şirkətinin ixracına qadağa qoyub

image-reklam-veteninfo

Rusiyanın “Rosselxoznadzor” qurumu 16 erməni şirkətinə Rusiya bazarına meyvə-tərəvəz ixracına qadağa qoyub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatında bildirilib.

Qərar iyulun 15-dən qüvvəyə minib.

Xatırladaq ki, iyulun 17-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin aprel-iyun partiyalarında pozuntular qeydə aldığını bildirmişdi.

Rusiya tərəfinin bildirdiyinə görə, onlar bir ay əvvəl problemlə bağlı məlumat veriblər. Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi isə belə bir məktubu iyulun 17-də, yəni qadağanın tətbiqindən 2 gün sonra aldığını qeyd edir. Yükləri problemli olan təsərrüfat subyektlərinə dərhal məlumat verilib və onlar nəzarət tədbirlərinə, xüsusən də Ermənistan-Rusiya strukturları arasında danışıqlara başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki