image-1backend

Rusiya benzinin ixracına qadağa qoydu

image-reklam_sirab_01

Rusiyada benzinin ixracına qoyulan qadağa avqustun 1-dən qüvvəyə minib və bu qadağa oktyabr ayı daxil olmaqla davam edəcək. Dizel yanacağı ilə bağlı analoji tədbir görülməyib. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir .Rusiya Federasiyasının energetika nazirinin birinci müavini Pavel Sorokinin sözlərinə görə, hökumət bu qərarı bazarı sabitləşdirmək, təkliflə doyurmaq və qiymətlərin, o cümlədən topdansatış qiymətlərinin kəskin artımının qarşısını almaq məqsədilə qəbul edib.Rusiya Federasiyasından benzinin ixracına qoyulan qadağa daxili motor yanacağı bazarında qiymət vəziyyətini sabitləşdirmək üçün 2023-cü il sentyabrın 21-dən noyabrın 17-dək qüvvədə olub. Oxşar tədbir dizel yanacağına da tətbiq edilib.Bundan əlavə, Rusiya hökuməti 2024-cü il martın 1-dən avqustun 31-dək benzinin (dizel yanacağı deyil) ixracına yenidən müvəqqəti qadağa qoyub, lakin bu, mayın sonundan iyul ayı daxil olmaqla dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki