image-2backend

Rusiya Ermənistan içkilərinin ölkəyə daxil olmasını qadağan etdi

image-reklam_sirab_01

Ermənistandan Rusiyaya gedən 60-a yaxın içki ilə yüklənmiş yük maşını ölkəyə buraxılmayıb. Vətəninfo.az xəbər verir ki,  Rusiya tərəfi Ermənistandan Rusiyaya gedən konyak üzərində gömrük nəzarətini həyata keçirir, bəzən məhsulu ekspertizaya göndərməyə qərar verirlər. Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan müsahibəsində məlumatı təsdiqləyib .

“Rusiyada konyaka nəzarət çox erkən başladı. Mart-aprel aylarından etibarən Rusiya gömrük xidməti Ermənistandan gətirilən konyaklara gömrük nəzarəti həyata keçirməyə başlayıb. Bu, pozuntuları aşkar etmələri ilə izah olunur: saxta konyaklar və s. Bir neçə gün əvvəl nəzarət gücləndirilib. Əgər əvvəllər nəzarət konkret ixracatçı və ya idxalçılara qarşı həyata keçirilirdisə, hazırda Ermənistandan gələn bütün brendilər gömrük nəzarətindən keçir”, – deyə Akopyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki