Sabah- oktyabrın 16-da saat 09:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Mühüm tədbirdə ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.
Veteninfo.az xəbər verir ki, Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən, Şuranın İdarə Heyətinin üzvlüyünə iddialı olan jurnalistlərin və ictimaiyyət nümayəndələrinin siyahısı müəyyənləşib.
Qurultayqabağı diqqətçəkən məqamlardan biri də Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən bir qrupunun seçki bülleteninə daxil olunmamaqla bağlı müraciət etməsidir. Belə ki, Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bülletendə olmamasını xahiş ediblər.
Lakin media ictimaiyyətində və oxucular arasında gedən müzakirələrdə xüsusilə Rəşad Məcidin bu seçkilərdə namizəd olmaması məsələsi birmənalı qarşılanmır. Jurnalist dairələrində və oxucu mövqelərində haqlı olaraq vurğulanır ki, Rəşad Məcid Mətbuat Şurasında qalmalı və təşkilatın gələcək fəaliyyətində yaxından iştirak etməli idi. Onun bu addımı media cəmiyyətində təəssüflə qarşılanıb.
İdarə Heyəti üzvlüyünə namizəd olanların siyahısını təqdim edirik:
Jurnalist namizədlər:
Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil”), Elşad Eyvazlı (Modern Media Qrupu), Vəfa Həmzəyeva (Real TV), Elmira Musazadə (CBC), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Hümbət Musayev (“Xalq qəzeti”), Aqil Camal (“Türküstan”), Ələsgər Süleymanov (“Yeni Müsavat”), Rey Kərimoğlu (“Qaziler.az”), Səbuhi Abbasov (“7news.az”), Rafail Becanov (“Cümhuriyyət”), Əli Həziquliyev (“Elçi”), Əli İbrahimov (“Xalq cəbhəsi”), Telman İsa (“Aktor.az”), Əli Vəliyev (“Manset.az”), Famil İbrahimov (“Manset.az”), Mübariz Göyüşlü (“Crossmedia.az”), Əfsələddin Ağalarov (“Azxeber.com”), Şakir Ağayev (“Novoye vremya”), Hafiz Heydərov (“Lent.az”).
İctimaiyyət nümayəndələri olan namizədlər:
Vüqar Zifəroğlu (BDU), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İB), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU), Ayaz Mirzəyev (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyeva (Gənc Demokratlar İnstitutu), Emil Həsənli (hərbi ekspert), Nadir İsmayılov (CASCFEN), Xanoğlan Əhmədov (“Media və Mülki Cəmiyyət” İB), Vüqar Oruc (Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti), Niyaməddin Orduxanlı (ƏHD Partiyası), Rəhim Hüseynzadə (veteran jurnalist), Zaur İbrahimli (politoloq), Qafar Çaxmaqlı (tədqiqatçı jurnalist), Şəmsiyyə Kərimova (veteran jurnalist).


























