image-5b540a6264c7ebackend

Sağlam təməl üzərində inkişaf edən Milli mətbuatımız

image-reklam_sirab_01

1875-ci il, iyulun 22-sində işıq üzü görmüş “Əkinçi” qəzeti, Milli mətbuatımızın atdığı ilk, kövrək addım idi. Bu addım, Milli mətbuatımızın yaranmağı, inkişafı üçün olduqca önəmli idi. “Əkinçi” qəzeti, 1877-ci ilin sentyabr ayına qədər öz fəaliyyətinə davam edə bildi. Qurucusu Həsən bəy Zərdabi olan bu qəzet, xalqımızın milli özünüdərk prosesində əvəzsiz rol oynamışdır. Yaradılışından, fəaliyyətinin son gün gününə qədər, 56 sayı işıq üzü görmüşdür. Bu qəzet, dövrün ziyalılarını və güclü qələm sahibi olan şəxsləri bir araya toplamış, onlara, xalqın milli oyanışı üçün çalışmağa təkan vermişdir. Birlik və vəhdəti özümdə cəmləşdirən “Əkinçi” qəzeti, dövrün ziyalılarına məxsus yazılara da ev sahibliyi etmişdir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet, özündən sonrakı qəzetlərin, jurnalların İlham mənbəyi olmuş, və bununla yanaşı, “Əkinçi” qəzetindən sonrakı qəzet və jurnal nümunələrində böyük irəliləyiş müşahidə edilmişdir.

XIX əsrin sonlarında nəşrə başlamış “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri “Əkinçi” qəzetinin davamçıları idi. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması üçün böyük və gərgin bir mübarizə içərisində idilər. Bu mübarizə nəticəsiz qalmamışdır. “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “və s. Kimi bir çox nümunələr bu mübarizənin nəticəsidir.

Azərbaycan mətbuatı, Sovet dövründə, güclü təzyiqlərə məruz qalmasına baxmayaraq, öz milli ideologiyasını qoruyub saxlaya bilmişdir. Jurnalistikanın çeşidli növlərinin meydana gəlməsi və bir çox kateqoriyaya bölünməsi, bu dövrə təsadüf edir.
22 iyul, “Əkinçi” qəzetinin fəaliyyətə başladığı tarix, bu gün, Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Günümüzdə də, dövlətimizin Milli mətbuatımızın inkişafı üçün keçirdiyi tədbirlər və atdığı addımlar, göz qarşısındadır. Mətbuat işçiləri, mümkün mərtəbədə yaxşı şərait ilə təmin edilir, bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə, daha sonrakı illərdə isə Cənab prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi, Azərbaycanda mətbuat işçilərinə verilən dəyərin böyük göstəricisidir.
Milli mətbuat işçilərimiz, jurnalistlərimiz 44 günlük müharibə ərzində də, öz özlərini peşəkarcasına yerinə yetirdilər və tarixi həqiqətləri bütün dünyaya çatdırdılar. Xalqımız ilə, səngərdə canından keçməyə hazır olan əsgərlərimiz, ordumuz ilə birgə, döyüşən jurnalistlərimiz, arxa cəbhənin qəhrəmanlarıdır. Bu qəhrəmanlarımıza, dövlətimizin dəstəyi sonsuzdur.

Nəsimi Rayon gənci Azərbaycan Dillər Universitetinin tələbəsi Əlixanlı Fatimə Elnur qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki